AZ

Dayanıqlı və Sağlam Şəhərlər üçün Sektorarası Fəaliyyət Yolları üzrə Bəyanata qoşulanların sayı açıqlanıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

COP29 Sədrliyi tərəfindən UN-Habitatla birgə hazırlanan Dayanıqlı və Sağlam Şəhərlər üçün Sektorarası Fəaliyyət Yolları üzrə Bəyanata (MAP) indiyədək 50-dən çox ölkə və 200-dən çox şəhər qoşulub. Bəyannamə milli hökumətlərə yerli hakimiyyət orqanlarının səlahiyyətlərini gücləndirməyi, çoxtərəfli maliyyə institutlarına isə urban adaptasiyası üçün birbaşa iqlim maliyyəsi imkanı yaratmağı tövsiyə edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində keçirilən “Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyası”nın yüksək iclasında söyləyib.

Y.Rəfiyev diqqətə çatdırıb ki, keçmiş və gələcək WUF və COP ev sahibi ölkələrin koalisiyaya daxil edilməsi davamlılığı təmin edir. Qeyd edilib ki, şəhər iqlim fəaliyyəti dəyişən siyasi ab-hava və dəyişikliklərdən asılı olmadan, davamlı inkişaf etməlidir: “Biz şəhərsalma və iqlim prioritetlərinin bir ev sahibi ölkədən digərinə ardıcıl şəkildə daşındığı bir proses qururuq”.

Müxbirlər – Elgün Niftəli, Aytac Haqverdiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
azertag.az

2Mənbələr