Şəhərlərin, bu kimiyaşayış məskənlərinin salınmasında xüsusi səriştə və iradəyə sahiblənmiş Azərbaycan xalqının başqa xalqlara öyrədəcəyi bir sıra pozitivlər var. Bu məsələyə tarixilik, bərpa və yaradıcılıqnöqteyi-nəzərindən yanaşmaq daha doğru olardı… Tarixilik bucağından baxanda, ən qədim dövrlərdən başlamış yeni dövrün 19-cu əsrinədək maraqlı nümunələr görmək mümkündür. Qədim Albaniyanın paytaxtı Qəbələ, makedoniyalı İsgəndəri "valeh etmiş" əfsanəvi Nüşabənin Bərdəsi, mütəfəkkir Nəiminin ana vətəni Astabad, öz unikal memarlıq məktəbi ilə Şərqin incisinə çecrilmiş Naxçıvan, tarixin müxtəlif dövrlərində yadelli basqınların və təbii fəlakətlərin hədəfinə dönsə də, öz gözəlliyindən və unikallığından dönməyən neçə gözəl şəhırlərimiz olub. Keçmişdə ayrılmaz parçamız olmuş Cənubi Azərbaycan coğrafiyasını da bura əlavə etsək, mənzərə öz zənginliyi ilə daha da cəlbedici olur.
Dünya sənaye inqilabının yeni vüsət aldığı 19-cu əsrin ortalarından başlayaraq Bakının müasir şəhər kimi inkişafa başlaması yüksəliş üçün daim fürsət axtarışında olan Azərbaycan xalqının həssas reaksiyasının mühüm tarixi təzahürlərindən biri oldu .19-cu əsrdən yeni yüksəlişə başlamış Bakı 20- ci əsrdə nefti sənaye üsulu ilə hasil edən ilk şəhərə kimi uğurlu yol gəldi. Sonra isə müasir dövrədək dünyanın ən aktual və mürəkkəb problemlərinin müzakirə olunduğu məşhur qlobal siyasi- diplomatik platformalara sahiblik etdi...Eyni təkamül prosesini Naxçıvanın, Gəncənin timsalında da izləmək mümkündür. Erkən orta əsrlərdən başlayaraq qüdrətli dövlətlərə paytaxt olmuş Naxçıvanın 2009-cu ildə Türk Dövlətləri Təşkilatının beşiyinə çevrilməsi bir daha sübut edir ki, özü böyük sivilizasiyalar yaratmış türklərin, onun ayrılmaz qolu olan Azərbaycan xalqının həm şəhərlər salmaq, həm də şəhərləri sivilizasiya mərkəzlərinə çevirmək istedadı var...
Prezident İlham Əliyevin WUF13-də söylədiyi "Azərbaycan xalqı şəhərlər salan xalqdır" fikrinin ardınca tarixin dərin qatlarına baş vuranlar başqa unikal nümunələrlə də rastlaşa bilər...
Şəhərsalmada yaradıcılıq və bərpa istiqamətində də WUF13-dən nəsə öyrənməyə gəlmiş dünya xalqlarına göstərməyə nümunələrimiz çoxdur. II dünya müharibəsinin odlarından çıxmış Azərbaycan xalqının Sumqayıt, Mingəçevir kimi müasir şəhərlərin ilk təməlini atması böyük uğurlar sayılır. Yaşayış məskənlərini sıfırdan salmaq öz yerində, bərpa işlərini xüsusi səriştə ilə aparmaqda da Azərbaycan xalqının göstəricilıri var. Qarabağda və Zəngəzurda xüsusi qərəz və düşmənçiliklə dağıdılmış məskənlərin bərpası buna bariz nümunədir. Həm də bu bölgələrimizdə bərpa işləritarixən zəlzələlərin dağıtdığı Gəncənin, Şamaxının bərpasına bənzəməz. Təbii fəlakətlərin qurbanı olmuş bu şəhərlərdən çox fərqli olaraq Ağdamın, Laçının, Kəlbəcərin, Zəngilanın, Füzulinin, Cəbrayılın bərpası başqa bir hekayətdir. Prezident İlham Əliyevin VUF13-də sərrast ifadə etdiyi daha bir mətləbə haqq vermənək olmur. Prezident dedi ki, erməni təcavüzkarlar 30 ildən çox müddət ərzində Azərbaycanın şəhərlərini, kənd və qəsəbələrini xüsusi amansızlıq və düşmənçilik motivləri ilə məhv ediblər. Dini, milli, mədəniyyət düşmənçiliyi, qisas zəminində talan və alt-üst edilmiş yaşayış məskənlərimizin yüksək bərpası xalqımızın urbanizasiyada sahib olduğu istedad və səriştədən xəbər verir. Həqiqətən də Prezident nə qədər haqlıdır?!.." Bərpa və yenidənqurma mərhələsi yaşayan başqa dünya xalqlarının bizdən götürə biləcəkləri qiymətli örnəklər var" deyən İlham Əliyevin WUF13-də içtirak edən liderlərə hansı məzmunlu istiqamətləri göstərdiyi şübhəsizdir.
Dünya liderləri şəhərsalmada Azərbaycan xalqının 2 böyük çətinlik şəraitində yaratdığını sərf-nəzər edə bilməz. Əvvəla, iqlim dəyişməlırinin təbii fəsadları Azərbaycandaözünü nisbətən qabarıq göstərir.
İkinci, hörmətli Prezidentin dəqiq dediyi kimi, artıq qəvi və amansız bir milli-dini və insanlıq düşməni tərəfindən dağıdılmış məskənləri bərpa etmək, xarabalıqlar üzərində "ağıllı şəhər və kəndlər" salmaq, yaşıl enerji mənbələri yaratmaq asan iş deyil...Dünyada hansı xalq erməni təcavüzkarlar kimi barbarların"sənət əsərləri" olan dəhşətli miraslar alıb və onu bərpa edib? Cavab birdir - bizdən başqa heç kim...
Bizdən başqa nümunə yoxdursa, demək, dünyanın bizdən başqa örnək kimi baxacağı ayrı ünvan da yoxdur...
WUF13- ün ev sahibi kimi Azərbaycanı seçənlər səhv etmədilər...