AZ

Ukrayna Baltik ölkələri üzərindən uçan dronlara görə üzr istədi

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Baltikyanı ölkələrin üzərindən uçan pilotsuz uçuş aparatları ilə bağlı yenidən üzr istəmək məcburiyyətində qalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib.

“Belə qəstən etilməyən, istəməyərək baş verən insidentlərə görə Estoniyadan və bütün baltik dostlarımızdan üzr istəyirik”, — deyə o bildirib.

Ukrayna tərəfinin üzrxahlığı Estoniyanın müdafiə naziri Hanno Pevkurun açıqlamasından sonra səsləndirilib. Nazir bildirib ki, ehtimal olunan Ukrayna mənşəli pilotsuz aparat mayın 19-da Latviyadan Estoniya hava məkanına daxil olub və zərərsizləşdirilib. Hadisə ilə əlaqədar Estoniyanın cənub, şərq və cənub-şərq bölgələrinin bir neçə bölgəsində hava həyəcanı elan edilib.

Bundan əvvəl də Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Siqiqa Estoniya, Latviya, Litva və Finlandiyadan onların ərazisinə Ukrayna dronlarının düşməsi ilə bağlı üzr istəmiş, belə “qəsdən edilməmiş insidentlərin” bir daha təkrarlanmayacağını vəd etmişdi.

Lakin vəziyyət dəyişmir. Rusiyaya hücum etməyə çalışan Ukrayna pilotsuz aparatları Baltik ölkələrinin səmasında görünməkdə davam edir. Onların bir qismi Litva, Latviya və Estoniya ərazisində qəzaya uğrayıb. Mayın əvvəlində isə iki dron Finlandiya ərazisinə düşüb.

Eyni zamanda, adıçəkilən ölkələrin xarici işlər nazirlikləri Ukraynanın Rusiyaya qarşı hücumlar üçün onların hava məkanından istifadə etməsinə icazə verildiyini təkzib edirlər.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
icma.az

1Mənbələr