AZ

Çin və UN-Habitat şəhərlərin gələcəyi üçün birgə çağırış etdi

WUF13 çərçivəsində “Xoşbəxt yaşayış və dayanıqlı şəhər gələcəyinin birgə qurulması” adlı tədbir keçirilib.

BMT-nin İnsan Məskənləri Proqramı (BMT-Habitat), Çin Xalq Respublikası Mənzil, Şəhər və Kənd Tikintisi Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamenti, Şanxay şəhərinin Mənzil Tikintisi və Şəhər-Kənd İnkişafının İdarə Edilməsi Komitəsinin birgə təşkil etdiyi tədbirdə çoxsaylı qonaqlar və tədbir nümayəndələri iştirak edib.

BMT-Habitatın Regional Proqramlar Şöbəsinin rəhbəri Yan Jun açılış çıxışı edib.

BMT-Habitatın icraçı direktoru Annaklaudiya Rossbax dayanıqlı şəhər mühitinin və insan məskənlərinin formalaşmasının müasir dvövrün ən qabaqcıl həfədlərindən biri olduğunu deyib. O, dünya ölkələrinin təcrüblərini bölüşmək üçün gözəl şans əldə etdiyini vurğulayıb.

Çin Xalq Respublikası Mənzil, Şəhər və Kənd Tikintisi Nazirliyinin nümayəndəsi – baş iqtisadçı Van Şenzyun ölkəsinin təcrübəsini bölüşüb.

Daha sonra “Çinin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair Milli Hesabatı” haqqında təqdimat videosunun nümayiş etdirilib.

Çin Şəhər Planlaşdırılması və Layihələndirilməsi Akademiyasının direktor müavini Çjen Deqao hesabatın əsas müddəalarını təqdim edəcək və Çinin dayanıqlı şəhər inkişafı sahəsində siyasi təcrübəsi və praktik irəliləyişi barədə məlumat verərək qlobal tədbirlərə doğru keçid aldıqlarını bildirib.

BMT-Habitatın Regional Proqramlar Şöbəsini təmsil edən Yan Jun Dünya Şəhərlər Günü və Ümumdünya Təmizlik Günü tədbirlərinin Çində keçirləcəyini elan edib. Bu il təşkil ediləcək qlobal tədbir Çinin Fuçjou şəhərində baş tutacaq.

Növbəti tədbirdə “Şanxay Mükafat”ı təqdim edilib.

Öncə Qahirə Universitetinin Mühəndislik fakültəsinin professoru, Misir parlamentinin deputatı Saha Atiya,, mükafatın tarixi, əhəmiyyəti və ümumi məlumatları barədə təqdimat edib.

Çin Şəhər Planlaşdırılması Assosiasiyası sədrinin müavini Şi Nan seçim meyarları və prosedur barəsində ətraflı məlumat verib. Şanxay Mükafatı laureatı olan şəhərlərin dayanıqlı şəhər inkişafı sahəsində təcrübəsi bölüşülüb.

“Şanxay Mükafatı 2022-ci ildə Çində UN-Habitat ilə birgə təsis olunub. Bu mükafat xüsusilə Yeni Şəhər Gündəliyi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin irəliləyişində görkəmli nailiyyətlər və tərəqqi nümayiş etdirmiş şəhərləri tanıyır. Şanxay Mükafatı davamlı şəhər inkişafını irəlilətmək üçün yerli fəaliyyətləri stimullaşdıran təsirli bir vasitədir”.

Bu sözləri UN-Habitatın Regional Proqramlar Şöbəsinin direktoru Patrik Kanaqasinqam Şanxay Mükafatının təqdimatına həsr olunmuş tədbirdə çıxışında deyib.

“Bu mükafat həmçinin UN-Habitatın 2026–2029-cu illər üzrə strateji planı ilə güclü sinerji yaradır. Proqram səviyyəsində müvafiq proqramlar və təşəbbüslər, eləcə də qlobal şəhər monitorinq çərçivəsi ilə uyğunluq təşkil edir və eyni zamanda dünya şəhərləri arasında çoxsaylı əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır. Ədalətlə demək olar ki, xüsusilə son üç il ərzində biz mükafatın üç mərhələsini uğurla tamamlamışıq və müxtəlif regionlardan və inkişaf səviyyələrindən olan 45 ölkədən 160-dan çox şəhəri bu prosesə cəlb etmişik.

Mükafat şəhərlərin mənzil, nəqliyyat, iqlim dayanıqlılığı, rəqəmsal innovasiya, sosial inklüzivlik, şəhər idarəçiliyi və s. ilə bağlı mürəkkəb problemlərlə necə mübarizə apardıqlarına dair həqiqətən möhtəşəm və ilhamverici nümunələri nümayiş etdirib.

Şanxay Mükafatının dördüncü mərhələsi hazırda müraciətlər üçün açıqdır və müraciət qəbulu 23 iyuna qədər davam edəcək. Bugünkü tədbir vasitəsilə biz mükafat və onun şəhərlərə təqdim etdiyi imkanlar barədə daha çox məlumat verməyə ümid edirik”, - o bildirib.

Çin Xalq Respublikası Mənzil, Şəhər vəKənd Tikintisi Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Li Çje deyib ki, Bakıdakı forum Şanxay Mükafatının taınıtılması baxımından fürsətdir: “Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu hazırda beynəlxalq ictimaiyyətin ortaq narahatlıqlarına cavab verir. Çin daim qlobal dayanıqlı inkişaf işinin fəal iştirakçısı və qətiyyətli icraçısı olub və şəhər problemlərinə qarşı həll yollarını birgə səylərlə tapmaq üçün bütün ölkələrlə əməkdaşlığa hazırdır. Şanxay Mükafatı “Davamlı şəhər gələcəyinin birgə qurulması” mövzusunu əsas götürür və iqtisadi, sosial və ekoloji inkişafın koordinasiyalı şəkildə irəliləməsinə əsaslanan kompleks qiymətləndirmə sisteminə sadiqdir. Hər il dünya üzrə beşdən çox olmayan şəhər qalib seçilir və onların uğurlu təcrübələri UN-Habitatın ən yaxşı təcrübə nümunələrinə, həmçinin “Şanxay Manualı” kimi beynəlxalq nüfuzlu nəşrlərə daxil edilir ki, digər ölkələrin şəhərləri bunlardan istinad və nümunə kimi istifadə edə bilsinlər. Şanxay Mükafatının təsisindən keçən üç il ərzində müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb. İlk mərhələdəki 54 müraciətdən üçüncü mərhələdə 85 müraciətə yüksəlib. Regional balans və təmsilçilik də nəzərəçarpacaq dərəcədə güclənib.

Bir çox paytaxt şəhərləri, dünyaca məşhur, UN-Habitat mükafatı laureatı olan şəhərlər müraciətlərdə iştirak edib və mükafatın brend təsiri davamlı şəkildə yüksəlməkdədir. Çin tərəfi həmçinin UN-Habitat ilə birlikdə bu mükafatı daha da inkişaf etdirməyə hazırdır və Bakıdakı bu tədbiri fürsət bilərək mübadiləni daha da gücləndirməyə, əməkdaşlığı dərinləşdirməyə, Şanxay Mükafatının beynəlxalq təsirini və nüfuzunu davamlı şəkildə artırmağa çalışacaq”. (İqtisadiyyat.az)

Seçilən
1
3
musavat.com

5Mənbələr