AZ

4 gün leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycanın bir çox bölgəsində hava şəraiti kəskin dəyişəcək, bəzi dağlıq və dağətəyi ərazilərdə sel təhlükəsi yaranacaq. Sinoptiklər yaxın günlərdə çaylarda sululuğun artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Rəsmi qurumun açıqlamasına görə, qeyri-sabit hava dalğası mayın 21-i səhər saatlarında şimal və qərb bölgələrindən başlayaraq ölkə ərazisinə daxil olacaq. Yağıntılı və küləkli hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi bildirilir.

Proqnozlara əsasən, fərqli bölgələrdə şimşək çaxacaq, güclü leysan xarakterli yağış yağacaq və dolu düşəcək. Yüksək dağlıq massivlərdə isə yağıntının qara keçəcəyi gözlənilir. Sinoptiklər xüsusilə mayın 21-i və 22-də yağıntıların qısamüddətli, lakin daha intensiv xarakter alacağını diqqətə çatdırıblar. Güclü leysan səbəbindən bəzi dağ çaylarında qısamüddətli sel hadisələrinin baş vermə ehtimalı olduqca yüksəkdir.

Seçilən
15
1
musavat.com

2Mənbələr