AZ

Ərəb ölkələrinin liderləri Trampdan heç nə xahiş etməyib DETALLAR

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrandakı obyektlərə qarşı planlaşdırılan hərbi zərbəni təxirə salmaq qərarına gəlib.Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu addım Fars körfəzinin ərəb dövlətlərinin liderləri Tehranla diplomatik danışıqlar aparmaq üçün Vaşinqtondan əlavə vaxt istədikdən sonra atılıb.Lakin "The Wall Street Journal" qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Amerika liderinin bu bəyanatı regionun özündə təəccüblə qarşılanıb.Belə ki, Fars körfəzi ölkələrindən olan bir neçə yüksəksəviyyəli rəsmi şəxs sonradan bu addımın onlarla koordinasiya edilməsi barədə məlumatları təkzib edib.Nəşrin həmsöhbətləri iddia edirlər ki, onların ümumiyyətlə ABŞ tərəfindən bu dövrdə İrana qarşı hər hansı konkret hərbi hücum planının hazırlanmasından və ya hücumun təxirə salınması ilə bağlı belə bir xahişin mövcudluğundan xəbərləri olmayıb.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
bizim.media

2Mənbələr