AZ

Bakı Tbilisi qatarının bərpası Gürcüstan üzərindən səfərlər üçün də yeni imkan yaradacaq Deputat

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Eyni zamanda nəzərə alsaq ki, Gürcüstanda yaşayan çoxsaylı azərbaycanlılar mütəmadi olaraq Azərbaycana gəlirlər, eləcə də Azərbaycandan Gürcüstana səfər edənlərin sayı kifayət qədər çoxdur, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarı xidmətinin bərpa olunması birmənalı şəkildə iki ölkə vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılmasına və turizmin inkişafına xidmət edəcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Bakı-Tiblisi-Bakı marşrutu üzrə sərnişin qatarının bərpasından danışarkən bildirdi.

Millət vəkili hesab edir ki, həmin addım iki ölkə arasında münasibətlərin, xüsusilə strateji tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verəcək:

"Xüsusən də Gürcüstana və Gürcüstan üzərindən digər ölkələrə səfər edən vətəndaşlarımız üçün qatardan istifadə həm daha rahat, həm də maliyyə baxımından daha sərfəli marşrut imkanları yaradacaq. Nəzərə alsaq ki, turizm mövsümü yaxınlaşır, qatar xidmətinin yenidən bərpa olunması həm Azərbaycana gələn, həm də Azərbaycandan gedən vətəndaşlar üçün yeni imkanlar açır, ona görə də bu, müsbət addımdır və birmənalı şəkildə iki ölkə arasında turizmin inkişafına, eləcə də qarşılıqlı səfərlərin artmasına şərait yaradacaq".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
redaktor.az

2Mənbələr