AZ

“Elə bir kompromat partlayacaq ki...” Paşinyan ətrafına nə deyib?

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistanda parlament seçkisi yaxınlaşdıqca, siyasi mübarizə qarşılıqlı təhqir və təhdidlərə keçir. 

“AzPolitika” xəbər verir ki, erməni mediası Baş nazir Nikol Paşinyanın öz ətrafına müxalifətə dair kompromatlarla bağlı mesaj verdiyini yazıb.

Bu barədə “İvarnuk” nəşrinin yaydığı məlumata görə, Paşinyan hakim partiyanın rəhbər üzvlərini qələbənin qaçılmaz olduğuna inandırır. Qəzetin məlumatında Baş nazirin öz tərəfdarlarına, müxalifəti nəzərdə tutaraq, aşağıdakı məzmunda müraciət etdiyi iddia olunur: "Qoy indilik danışsınlar, amma (seçki öncəsi)son bir həftədə elə bir kompromat partlayacaq ki, qərargahlarından çıxa bilməyəcəklər. İndi isə qoy özlərini tamamilə tükəndirsinlər".

Bu arada Paşinyanın əsas rəqibi sayılan Robert Koçaryan Baş naziri “ermənilərin 70 faizini təhqir etməkdə” günahlandırıb. Belə ki, Paşinyan seçicilərlə görüşlərin birində onunla mübahisə edən Qarabağdan qaçan bir erməninin ittihamlarına cavab verərkən, onu “vətəni satıb qaçmaqda” günahlandırıb.

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
azpolitika.info

1Mənbələr