Keçmiş UFC çempionu və hazırda "Şöhrət Zalı"nın üzvü olan rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun "Roskomnadzor"a 300 000 rubl (7 min manatdan çox - red.) məbləğində yeni borcu yaranıb.
Belə ki, məşhur idmançı internetdə reklam yayımı ilə bağlı tələb olunan məcburi ödənişləri həyata keçirməyib.
Xatırladaq ki, hələ 2024-cü ildə H.Nurməhəmmədov Federal Vergi Xidmətinə (FNS) təxminən 300 milyon rubl (7 162 363 manat - red.) borclu olduğu və bu səbəbdən əmlakı ilə hesablarına müvəqqəti həbs qoyulduğu bildirilirdi. Onun borc problemləri bununla bitməyib, 2025-ci ildə Həbibin daha 1.8 milyon rubl məbləğində borcu üzə çıxmışdı.
Həmçinin qeyd edilirdi ki, Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiyadakı bütün bizneslərindən uzaqlaşıb.
Oxu.Az