Şirniyyat böhranlarına son qoyacaq, həm sağlam, həm də çox ləzzətli bir resept axtarırsınızsa, bu resepti yoxlayın.
Pravda.az bildirir ki, rafinə edilmiş şəkər istifadə etmədən, tamamilə təbii məhsullarla hazırlanan bu xurmalı və küncüt əzməli toplar çay və qəhvə saatlarınızın imtinaedilməz fərqli ləzzəti olacaq. Üstəlik, bişirməyə ehtiyac olmadan, cəmi 10 dəqiqəyə hazırlaya bilərsiniz.
Bu sağlam çərəzi hazırlamaq üçün sizə aşağıdakı ərzaqlar lazım olacaq:
Xurma: 10-12 ədəd (yumşaq növü)
Küncüt əzməsi: 2 xörək qaşığı
Kakao: 1-1.5 xörək qaşığı (tünd kakao)
Yulaf əzməsi: 1 çay stəkanı (blenderdən keçirilmiş)
Fındıq və ya qoz: Yarım çay stəkanı (istəyə görə içi üçün)
Üzəri üçün: Kakao, hindistan qozu tozu və ya küncüt
Reseptin hazırlanması olduqca bəsitdir və bir neçə dəqiqənizi alacaq:
Xurmaları hazırlayın: Əgər istifadə edəcəyiniz xurmalar bərkdirsə, çəyirdəklərini çıxardıqdan sonra üzərinə isti su töküb 5-10 dəqiqə yumşalmasını gözləyin. Yumşaqdırsa, birbaşa istifadə edə bilərsiniz.
Blenderdən keçirin: Yumşalan xurmaları, küncüt əzməsini, kakaonu və blenderdən keçirilib un halına gətirilmiş yulafı mətbəx kombaynına (blenderə) əlavə edin. Hamar və yapışqan bir konsensiyaya gələnə qədər yaxşıca qarışdırın.
Forma verin: Əldə etdiyiniz xəmirdən qoz böyüklüyündə parçalar qoparıb ovucunuzun içində yuvarlayaraq top formasına salın. İstəsəniz, yuvarlamazdan əvvəl ortasına bir ədəd bütöv fındıq və ya qoz qoya bilərsiniz.
Bəzəyin: Hazırladığınız topları zövqünüzə görə kakaoya, hindistan qozu tozuna və ya küncütə bulayın.
Hazırladığınız bu topları soyuducuda 20-30 dəqiqə saxladıqdan sonra servis etsəniz, küncüt əzməsi və xurma bir-birinə tam qarışacaq və dadı daha da mükəmməl olacaq.
Niyə bu çərəzi seçməliyik?
Bu resept sadəcə şirniyyat istəyinizi yatırtmır, həm də bədəninizə enerji verir. Xurmanın tərkibindəki təbii liflər toxluq hissi yaradır, küncüt əzməsi isə faydalı yağlar və kalsium anbarıdır. Şəkər qəbulunu azaltmaq istəyənlər, idmançılar və uşaqlar üçün ən sağlam alternativlərdən biridir.
Əminə Bayramova