AZ

ARKA-nın Baş direktoru: Bakıda yaradıcı icmaların inkişafı üçün yeni məkanlar formalaşır

Bakı, 19 may, AZƏRTAC

Bakıda yaradıcı fəaliyyət daha geniş coğrafiyaya və müxtəlif icma əsaslı məkanlara doğru inkişaf etməkdədir. Yaradıcı icmaların həm yaşamaq, həm də istehsal etmək üçün məkanlara ehtiyacı var.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada deyib.

O bildirib ki, studiyalar, media laboratoriyaları, emalatxanalar, istehsal məkanları, yaradıcı guşələr və ictimai məkanlar mədəni iqtisadiyyatın iş məkanları kimi şəhərsalma və şəhər inkişafı proseslərinin ayrılmaz hissəsi olmalıdır.

“UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi Azərbaycan üçün yalnız beynəlxalq tanınma deyil, həm də icra, monitorinq, müqayisəli qiymətləndirmə, təcrübə mübadiləsi və yaradıcı icmaların dayanıqlı inkişafını dəstəkləyən işlək mexanizm olmalıdır”,- deyə R.Əzizov qeyd edib.

Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Tofiq Babayev

 

Seçilən
45
2
azertag.az

3Mənbələr