AZ

Rus turistlər çarəsiz vəziyyətdədir: Seçim üçün ölkə azalır…

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) bildirib ki, 2026-cı ilin yay mövsümündə Rusiya vətəndaşlarının birbaşa uçuşla gedə bildiyi ölkələrin sayı hətta SSRİ-nin “dəmir pərdə” dövründəkindən də aşağı səviyyəyə enib.

"Cebheinfo.az" xəbər verir ki, yay cədvəlində Rusiyadan birbaşa aviareyslərin olduğu ölkələrin sayı cəmi 31-32 səviyyəsində qalıb. Bu göstərici qış mövsümü ilə müqayisədə 25 faiz azdır.

Mütəxəssislər hesab edir ki, kütləvi turizm baxımından faktiki olaraq yalnız təxminən 15 ölkə rus turistlər üçün əlçatan vəziyyətdədir.

ATOR rəsmiləri “Kommersant” qəzetinə açıqlamalarında xatırladıblar ki, 1980-ci illərin sonlarında "Soviet Union" təxminən 100 ölkə ilə birbaşa hava əlaqəsinə malik idi.

Həmin dövrdə “dəmir pərdə” şərtlərinə baxmayaraq, Aeroflot dünyanın ən geniş beynəlxalq uçuş şəbəkələrindən birini idarə edirdi.

Sovet təyyarələri Havanadan Monreala, Dehlidən Limaya qədər geniş coğrafiyada uçuşlar həyata keçirirdi. Hazırda isə sanksiyalar, geosiyasi böhranlar və hava məkanı problemləri səbəbindən rusların səyahət xəritəsi ciddi şəkildə daralıb.

Rusiya Tur Operatorları Assosiasiyasına görə, Yaxın Şərqdəki gərginlik vəziyyətə xüsusilə böyük təsir göstərib.

Mart ayından etibarən İsrail, İran, Qətər, BƏƏ, Oman və Səudiyyə Ərəbistanına paket tur satışları dayandırılıb.

Əfqanıstan və İraq isə onsuz da kütləvi turizm bazarı hesab olunmurdu. Bundan əlavə, Kuba və Venesuelaya uçuşlar yanacaq problemləri və geosiyasi böhranlar səbəbindən dayandırılıb.

Küveyt və Bəhreyn reysləri də Yaxın Şərqdəki qarşıdurmalar səbəbindən müvəqqəti olaraq ləğv edilib.

Son aylarda digər istiqamətlər də bağlanıb. Apreldə Əlcəzair uçuşları cədvəldən çıxarılıb. “Aeroflot” may ayının ortalarında Seyşel adalarına uçuşları ən azı payıza qədər dayandırıb.

Şri-Lanka, Filippin və Malayziyaya uçuşların mühüm hissəsi isə yalnız mövsümi əsasda həyata keçirilir. Xüsusilə Sibirdən təşkil olunan beynəlxalq reyslərin əksəriyyəti sərnişin sayından asılı olaraq açılıb-bağlanır.

Mütəxəssislərin fikrincə, hazırda rus turistlərin böyük hissəsi Türkiyə, Misir Tailand və bir neçə Asiya ölkəsinə üstünlük verir.

SSRİ dövründə ideoloji maneələrə baxmayaraq hava əlaqələrinin daha geniş olması isə Rusiya sosial şəbəkələrində ironik şərhlərə səbəb olub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr