Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
Məlumata görə, gəmilər "Lorient” gəmiqayırma zavodunda inşa ediləcək:
"İlk tədarüklərə 2030-cu ildə başlamaq planlaşdırılır. Dörd yeni freqat əldə etmək planı, indiyə qədər əsasən kiçik gəmilərlə öz qayalı və dayaz sahil xəttini patrul etməyə diqqət yetirən İsveç Hərbi Dəniz Qüvvələrinin ambisiyalarının genişlənməsini göstərir. Yeni imkanlar İsveçin açıq dənizlərdə daha aktiv rol oynamasına, Şimal, Aralıq və Qırmızı dəniz kimi sularda missiyalar yerinə yetirməsinə imkan verəcək”.