AZ

Vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri İctimai teleradio ilə bağlı Mehriban xanım Əliyevaya müraciət etdilər

Azərbaycan vətəndaş cəmiyyətinin tanınmış nümayəndələri, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənanyarlı və Səidə Qocamanlı İctimai teleradionun Baş direktoru seçkisi ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər.

AzNews.az Mia.az-a istinadən həmin müraciəti təqdim edir:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya MÜRACİƏT

Çox hörmətli Mehriban xanım,

İctimai Televiziya və Radio Yayımları Xidməti Azərbaycan cəmiyyətinin informasiya təhlükəsizliyi, maarifçilik və milli-mənəvi dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyan media qurumudur. Bu səbəbdən yarandığı gündən bəri bir çox uğurlar qazanmış İctimai yayım xidmətinin baş direktorluğu vəzifəsinə keçirilən seçki prosesi ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Biz-vətəndaş cəmiyyətinin qadın təşkilatlarını təmsil edən nümayəndələri olaraq İctimai Teleradionun Yayım Şurasının peşəkarlıq, ictimai dəstək və obyektivlik prinsipləri əsasında qərar qəbul etməsinin vacibliyinə inanırıq.

Hazırkı namizədlər arasında tanınmış jurnalist- fəlsəfə, tarix və hüquqşünaslıq ixtisasları üzrə üç ali təhsilə malik, İkinci Qarabağ Savaşı veteranı Taleh Şahsuvarlının peşəkar mövqeyi cəmiyyətin müxtəlif təbəqələrində rəğbət doğurub. Uzun illər media və vətəndaş cəmiyyəti sektorunda müsbət fəaliyyəti ilə təqdir qazanan, dövlətçiliyimizin və milli maraqlarımızın intellektual müdafiəsində öz imzası ilə seçilən Taleh Şahsuvarlının namizədliyinə yaranan ictimai diqqət bu seçki prosesinə marağı daha da artırıb. Məmnuniyyətlə qeyd etmək istəyirik ki, Taleh Şahsuvarlı zəhmetkeş bir ailənin övladı, ziyalı bir ailənin başçısı olmaqla Vətən qarşısında xidmətlərinə görə Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Ağdamın azadlığına görə” və “Tərəqqi” medalları ilə təltif olunub. Azərbaycan dövlətinin və dövlət başçısının mütəxəssislər bankında bu cür vətənpərvər, peşəkar və yüksək təşkilatçılıq qabiliyyətinə malik kadrların olması İctimai yayım xidmətinin baş direktorluğu vəzifəsinə keçirilən seçkilərin nəticələrindən asılı olmayaraq milli müstəqilliyimizin ümidverici nailiyyətidir.

Çox hörmətli Mehriban xanım,

Seçilən
3
aznews.az

1Mənbələr