AZ

Azərbaycanda daha bir aqropark yaradılıb

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub. Yeni yaradılan “CasaAgro Aqropark” Samux rayonunun Nəbiağalı qəsəbəsində  yerləşir.

Marja xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib. ATM direktoru qeyd edib ki, aqroparkların inkişafını dəstəkləmək məqsədilə investisiyaların təşviqi, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və subsidiyaların tətbiqində dəyişikliklərin edilməsi nəzərdə tutulur. “CasaAgro Aqropark” haqqında məlumat verən ATM rəhbəri bildirib ki, bu özəl aqropark tərəfindən innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalı, çeşidlənməsi, qablaşdırılması, emalı, satışı və bu sahələr üzrə müvafiq xidmətlərin göstərilməsi planlaşdırılır.

“CasaAgro Aqropark”ın direktoru İbrahim Hüseynov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və şəraitə görə minnətdarlığını bildirib. O qeyd edib ki, kənd təsərrüfatı kompleksinin ümumi ərazisi 72 hektar, layihə dəyəri 14.6 milyon manat təşkil edir. Aqroparkda damlama suvarma sistemi altında 5 ha alma, 8 ha armud, 15 ha nektarin, 10 ha şaftalı, 7 ha ərik, 3 ha gavalı, 10 ha xurma və 9 ha gilas bitkiləri becərilir.

Çıxışlardan sonra ATM direktoru Rəşad Hüseynov rezidentin qeydiyyat şəhadətnaməsini “CasaAgro Aqropark”ın direktoru İbrahim Hüseynova təqdim edib.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

Bu günədək ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yerləri yaradılıb.

Azərbaycanda daha bir aqropark yaradılıbCasaAgro Aqropark SamuxNəbiağalı qəsəbəsində aqroparkAqrar Tədqiqatlar Mərkəzi aqropark layihəsiCasaAgro Aqropark qeydiyyat şəhadətnaməsiSamux rayonunda yeni aqroparkAzərbaycanda aqroparkların inkişafıkənd təsərrüfatı investisiya layihələriinnovativ aqrotexnologiyalar Azərbaycandamlama suvarma sistemi bağçılıqCasaAgro Aqropark 72 hektar layihə14.6 milyon manat aqropark layihəsiAzərbaycanda meyvə bağları layihəsialma armud nektarin şaftalı bağlarıərik gavalı xurma gilas istehsalıağroparkda məhsul emalı və qablaşdırmaAqrar Tədqiqatlar Mərkəzi Rəşad HüseynovCasaAgro Aqropark direktoru İbrahim HüseynovAzərbaycanda aqropark rezidentlərikənd təsərrüfatı məhsullarının ixracıağroparklar və yeni iş yerləri
Seçilən
5
10
marja.az

10Mənbələr