Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Tbilisi, 19 may, AZƏRTAC
Gürcüstanın Gurcaani bələdiyyəsinin Çalaubani kəndi yaxınlığındakı fermada quduzluq xəstəliyinin aşkarlanması ilə əlaqədar ərazidə karantin elan olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Qida Agentliyi məlumat yayıb.
Bildirilib ki, quduzluq virusu daşıyan it digər 5 iti, həmçinin iri və xırdabuynuzlu heyvanları dişləyib.
Araşdırma zamanı fermadakı heyvanların quduzluğa qarşı peyvənd edilmədiyi aşkarlanıb.
Milli Qida Agentliyi müvafiq işlərə başlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.