AZ

Dima Al-Khatib: Dayanıqlı şəhərlər yalnız infrastruktur hesabına qurulmur

Bakı, 19 may, AZƏRTAC

Dayanıqlı şəhərlər yalnız infrastruktur hesabına qurulmur. Bu şəhərlər inklüzivlik, iştirakçılıq və etimad əsasında formalaşır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarqəbuletmə” adlı sessiayada çıxışında deyib.

O bildirib ki, BMT-nin müxtəlif qurumları ilə birgə həyata keçirilən əməkdaşlıq çərçivəsində fəlakət risklərinin azaldılması üzrə təlimlər təşkil olunur. Onun sözlərinə görə, bu təşəbbüs 150-dən çox ölkədə 1000-dən artıq şəhəri əhatə edir.

Dima Al-Khatib əlavə edib ki, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti qurumları yerli təcrübə və innovativ həllərin paylaşılması, həmçinin icma səviyyəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynayır.

Direktor qeyd edib ki, inklüziv qərarvermə və çoxtərəfli tərəfdaşlıqlar şəhərlərin daha dayanıqlı, ədalətli və insanların ehtiyaclarına uyğun inkişafına töhfə verir.

 

Seçilən
14
1
azertag.az

2Mənbələr