AZ

Türkiyəli ekspert:"Azərbaycan sabitlik, rifah və inkişaf məkanına çevrilib"

“Son zamanlar Azərbaycan beynəlxalq tədbirlər, simpoziumlar və konqreslərə ev sahibliyi edən  mərkəzə çevrilib. 

Bunun əsas səbəbi  Azərbaycanın Cənubi Qafqazda və regionda sabitlik üçün ən fundamental ölkə kimi ortaya çıxmasıdır.”

Bu sözləri Türkiyənin Duplinar Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Husamettin İnanç “Cebheinfo.az” – a açıqlamasında Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyəti və bunun Azərbaycanın beynəlxalq imicinə mühüm təsiri barədə fikirlərini bölüşərkən bildirib. 

Söhbət zamanı o qeyd edib ki, həm geosiyasi çəkisi, həm də Ermənistanla əldə edilən sülhün gətirdiyi nailiyyətlər Azərbaycanı regionda sabitlik, rifah və inkişaf üçün mühüm məkana çevirib: 

“Ümumdünya Urbanizasiya Forumunun Bakıda baş tutması xüsusi tarixi bir hadisədir, çünki Azərbaycanda şəhərləşmə, xüsusilə də işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri istiqamətində böyük irəliləyişlər əldə edilib.  

Məlumdur ki, bu ərazilərdə beynəlxalq standartlara cavab verən şəhərlər, qəsəbələr və kəndlər qurulur və onillər ərzində öz yurdlarından didərgin düşən insanlar torpaqlarına geri qayıdırlar.  Çox qısa müddətdə tikilmiş körpülər, hava limanları, bəndlər və digər meqalayihələr bütün dünyada diqqəti cəlb edir. 

Azərbaycan  türk dünyasında çox cəlbedici bir mərkəzə də çevrilib. Ötən ildən etibarən Türk Dövlətləri Təşkilatı NATO-ya bənzər bir təhlükəsizlik, müdafiə təşkilatı yaratmaq qərarına gəlib və Bakı onun paytaxtı seçilib. Bundan sonra türk dövlətləri hərbi təlimlərini Bakıda keçirəcəklər. 

Bu, xüsusilə 2020-ci il Qarabağ qələbəsindən sonra Azərbaycanı çox gücləndirib. Azərbaycan həmişə qalib gələn, həmişə irəliləyən və itkilərini kompensasiya edən bir ölkə kimi qəbul edilib. Son dövrlərdə bu münasibətlər daha da inkişaf etmiş mərhələyə yüksəldikcə, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi ən vacib mərkəz, eləcə də Orta dəhlizdə əsas ölkə kimi Azərbaycan dünya gündəmindəki yerini və əhəmiyyətini artırmağa davam edəcək.”

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr