AZ

Gürcüstanla dəmir yolu sərnişindaşımasının bərpası quru sərhədlərin açılmasına təkan verə bilər

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın bərpası ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

Mövzu ilə bağlı səsləndirilən fikirlərdə bildirilir ki, bu addım yaxın gələcəkdə quru sərhədlərin də tam açılması ilə nəticələnə bilər.

Gununsesi.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli də bu fikirdədir.

O bildirir ki, uzun müddətdir qapalı saxlanılan quru sərhədlər ölkənin beynəlxalq imicinə, iqtisadi əlaqələrə və potensial investorların qərarlarına mənfi təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Eyni zamanda, sərhədlərin bağlı qalmasının insanların psixoloji durumuna da təsirsiz ötüşmədiyi vurğulanır.

Natiq Cəfərli həmçinun sərnişin daşımalarının dəmir yolu vasitəsilə yenidən bərpası mühüm və müsbət addım kimi dəyərləndirərək, bu qərarın qəbulunda əməyi olan şəxslərə təşəkkür edib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
icma.az

1Mənbələr