AZ

Bakı Tbilisi qatarında qiymətlər necə olacaq?

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

İT mütəxəssisi və ictimai şərhçi Osman Gündüz Bakı-Tbilisi qatar xətti ilə bağlı qiymət siyasətinə dair açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, o qeyd edib ki, Azərbaycan Dəmir Yollarının (ADY) son illərdə infrastrukturun bərpası istiqamətində atdığı addımlar müsbət qiymətləndirilsə də, tətbiq olunan qiymət siyasəti ilə bağlı ciddi suallar qalmaqdadır.

Osman Gündüz xatırladıb ki, Bakı–Balakən qatarının bərpasından sonra tətbiq edilən qiymətlər “komfort”, “VIP zal” və “dünya təcrübəsi” kimi anlayışlarla əsaslandırılıb.

Lakin onun sözlərinə görə, bu yanaşma nəticəsində qiymətlər əhəmiyyətli dərəcədə artıb və bəzi hallarda 3-4 dəfə bahalaşma qeydə alınıb.

O bildirib ki, vaqon növündən asılı olaraq SV biletlərinin 72–100 manat, kupe biletlərinin 27–33 manat, plaskart yerlərin isə 18–25 manat aralığında olması əvvəlki qiymətlərlə müqayisədə ciddi fərq yaradır.

Şərhçi həmçinin qeyd edib ki, bəzi reyslərdə sərnişinlərə məcburi yemək setinin təqdim olunması qiymət artımını süni şəkildə yüksəldir və bu praktika ictimai nəqliyyat prinsiplərinə uyğun deyil.

Osman Gündüz vurğulayıb ki, Bakı–Tbilisi qatarının qiymətləri hələlik açıqlanmasa da, ümid edilir ki, burada Bakı–Balakən xəttində tətbiq olunan “elit komfort” modeli və məcburi xidmət paketləri tətbiq edilməyəcək.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
icma.az

1Mənbələr