ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yay ayları yaxınlaşdıqca su sərfiyyatı və təmizliyə olan tələbat kəskin şəkildə artır. Həyətin sulanması, tez-tez duş qəbul edilməsi və digər məişət ehtiyacları kommunal xərclərin yüksəlməsinə səbəb olur. Sadə üsullarla həm su ehtiyatlarını qorumaq, həm də büdcəyə kömək etmək mümkündür.Demokrat.az xəbər verir ki, bir çox insan gündəlik həyatda bilmədən litrlərlə su israfına yol verir. Kranlardan düzgün istifadə olunmaması və məişət texnikalarının yanlış işlədilməsi ay sonunda yüksək ödənişlərlə nəticələnir.Suya qənaət etməyin ən təsirli yollarından biri kran başlıqlarına xüsusi qənaət aparatlarının taxılmasıdır. Perlator adlanan bu kiçik qurğular suyun təzyiqini azaltmadan hava ilə qarışdırır və daha az su sərf edilməsinə imkan yaradır. Bu bəsit üsulla gündəlik istifadədə yarıbayarı qənaət əldə olunur.Qabyuyan və paltaryuyan maşınları tam dolmadan işlətməmək də əsas şərtlərdən biridir. Yarımçıq doldurularaq qoşulan texnikalar həm artıq su, həm də əlavə elektrik enerjisi aparır. Yay aylarında bu cihazların daha aktiv işlədiyini nəzərə alsaq, düzgün doldurulma birbaşa xərclərə təsir göstərir.Duş qəbulu vaxtını bir neçə dəqiqə azaltmaq da ay sonunda böyük fərq yaradır. Uzun müddət hamamda qalmaq gündəlik su itkisini əhəmiyyətli dərəcədə çoxaldır. Qısa duş vərdişi həm ailə büdcəsini, həm də təbiəti qoruyur.Evlərdə su itkisinə səbəb olan əsas problemlərdən biri də diqqətdən yayınan kran sızmalarıdır. Daim damcılayan nasaz kran gün ərzində xeyli suyun boşa axmasına yol açır. Buna görə də evdəki su xətlərinin və kranların mütəmadi yoxlanılması, nasazlıqların vaxtında aradan qaldırılması tövsiyə edilir.Həyət və balkon bitkilərini günün isti saatlarında deyil, səhər tezdən və ya axşamüstü sulamaq lazımdır. Günorta vaxtı edilən sulama zamanı su torpağa hopmadan tez buxarlanır. Sərin saatlarda sulanan bitkilər isə rütubəti daha yaxşı sorur və sudan səmərəli istifadə olunur.Qısası, yayda su pullarının çox gəlməməsi üçün evdə damcılayan kranları düzəltmək, texnikaları tam doldurub qoşmaq və kranlara perlator taxmaq lazımdır.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.