Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyəli aktyor Uraz Kaygılaroğlunun səhnədəki çıxışı sosial şəbəkələrdə böyük maraq doğurub. Stand-up şousu ilə pərəstişkarlarının qarşısına çıxan sənətçini izləyənlər arasında diqqətçəkən simalar yer alıb.Demokrat.az xəbər verir ki, aktyorun budəfəki nümayişini keçmiş həyat yoldaşı Melis İşiten və "Yeraltı" serialındakı tərəf müqabili Devrim Özkan da zaldan izləyib. Səhnədə hər iki xanımın adını çəkən aktyorun zarafatı hər kəsi güldürüb. Ekran işindəki məşhur replikasına toxunan ifaçı Melis İşiten və Devrim Özkana baxaraq "Keçmiş ömrüm və yeni ömrüm buradadır" deyib. Onun bu sözləri gülüş doğurub.Xatırladaq ki, Uraz Kaygılaroğlu ilə Melis İşiten 2014-cü ildə ailə qurub. Bu evlilikdən Ada adlı bir qızları olan cütlük 2019-cu ildə rəsmən boşanıb. Ayrılıqdan sonra dostluq münasibətlərini qoruyan məşhurlar övladları üçün tez-tez bir araya gəlirlər.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.