AZ

16 yaşında necə ərə gedə bildi? VİDEO

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur boksçu Tayson Furinin (Tyson Fury) böyük qızı Venesuelanın (Venezuela Fury) 16 yaşında ailə qurması Böyük Britaniyada qanunvericilik baxımından ciddi müzakirələrə səbəb olub. Çünki İngiltərədə minimum evlilik yaşının valideyn icazəsi ilə belə rəsmi olaraq 18-ə qaldırıldığı məlumdur.Lakin gənc cütlük bu məhdudiyyətdən qanuni yolla yan keçməyi bacarıb.Belə ki, Furi ailəsi bir müddət əvvəl Men adasına (Isle of Man) köçüb. Bura Böyük Britaniyanın tərkibinə daxil olmayan, öz daxili qanunları (Manks hüququ) olan xüsusi bir statuslu ərazidir. Men adasının qanunlarına görə isə 16 və 17 yaşlı şəxslər valideynlərinin rəsmi icazəsi ilə qanuni şəkildə evlənə bilərlər.Tayson Furi və xanımı Paris Furi qızlarının nikahına rəsmi razılıq verdiyi üçün Venesuela 16 yaşında boksçu Nuh Prays (Noah Price) ilə Men adasındakı Müqəddəs Con Kral Kapellasında rəsmi olaraq evlənib.

View this post on Instagram

A post shared by Noah Price (@7noahprice)

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
demokrat.az

1Mənbələr