AZ

Azərbaycanda il ərzində 305 intihar, 19480 intihara cəhd faktı qeydə alınıb

"2025-ci ildə 305 intihar, 19480 intihara cəhd barədə məlumat daxil olub, özünü öldürmə həddinə çatdırma ilə bağlı 43 cinayət qeydə alınıb, zərərçəkmişlərdən 20-si qadın, 23-ü kişi olub".

Ölkə.az xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.
Məlumatda qeyd olunub ki, 2024-cü ildə isə 52 özünü öldürmə həddinə çatdırma cinayəti olub, intihar etmiş şəxslərdən 35-i qadın, 17-si kişi olub.

Hesabatda  2025-ci ildə qadınlara qarşı 6572, o cümlədən zorakılıq məzmunlu 2435 cinayət hadisəsi qeydə alındığı göstərilib. Onların 2,4%-i (157-i) qəsdən sağlamlığa zərər vurmalar, 1,5%-i (98-i) xuliqanlıqlar, 5,1%-i (334-ü) cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə olan cinayətlər, 0,3%-i (21-i) zorlamalar, 3,8%-ni (252-i) insan alveri ilə bağlı cinayətlər olub.
Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4516 şəxs müəyyən edilərək 60%-i (2716-sı) məsuliyyətə cəlb olunub. 2024-cü ildə cinayətlərə görə 4468 şəxs, 2745-i məsuliyyətə cəlb olunub.

Hesabatda qeyd edilib ki, 2025-ci ildə qadınların fahişəliyə cəlb olunması ilə bağlı qeydə alınmış 57 cinayət faktı üzrə 57 qadın zərərçəkmiş qismində tanınıb. 2024-cü ildə qadınların fahişəliyə cəlb olunması ilə bağlı qeydə alınmış 70 cinayət faktı üzrə 71 qadın zərərçəkmiş qismində tanınıb.

Sənəddə bildirilib ki, 2025-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 7564 cinayət faktı aşkarlanıb. Qeydə alınan cinayətləri törədən 5566 şəxsin 96,9%-ni (5394-ü) kişilər, 3,1%-ni (172-i) qadınlar təşkil edib. 2024-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8678 cinayət faktı aşkarlanıb. Həmin cinayətləri törətmiş 7193 şəxsin 96,9%-ni (6970-i) kişilər, 3,1%-ni (223-ü) qadınlar təşkil edib.

Qeyd olunub ki, 2024-cü illə müqayisədə 2025-ci ildə cinayət faktlarının sayı artmışdır.

Mürtəza

Seçilən
20
3
olke.az

4Mənbələr