AZ

Xameneyidən xəbərdarlıq: Digər cəbhələri də açacağıq

İran düşmənin zəif və hazırlıqsız ola biləcəyi istiqamətlərdə yeni cəbhələrin formalaşdırılması imkanlarını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xameneyi “X” hesabında bildirib.

Onun sözlərinə görə, müharibə şəraiti davam edərsə, İran digər cəbhələrin açılması ehtimalını istisna etmir:

“Düşmənin zəif və təcrübəsiz olacağı cəbhələri açmaq üçün səylər göstərilib. Əgər mövcud vəziyyət davam edərsə, maraqlarımız nəzərə alınmaqla digər cəbhələr də açılacaq”.

Seçilən
20
publika.az

1Mənbələr