Bu gün tarixin vərəqlərində 19 maydayıq.
Hit.az bildirir ki, bu gün Azərbaycan və dünya tarixində bir sıra mühüm hadisələrlə yadda qalıb.
Eyni zamanda, 19 may bəzi görkəmli şəxslərin doğum, bəzilərinin isə vəfat etdiyi gün kimi xatırlanır. Bundan başqa, 19 may Türkiyə və Şimali Kipr Türk Respublikasında Atatürkü Anma, Gənclik və İdman Bayramı, Qırğızıstanda isə Analar Günü kimi qeyd olunur. Beləliklə, tarixin 19 mayını xatırlayaq...
19 mayda baş verənlər:
2007-ci ildə İsrafil Aşurlı Everest dağının zirvəsinə çıxan ilk azərbaycanlı olub. 2015-ci ildə Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın nəticəsində 15 nəfər həlak olub, 63 nəfər yaralnmıb. 2019-cu ildə “Qəbələ” Azərbaycan Kubokunu qazanıb. 2021-ci ildə “Neftçi” Azərbaycan Premyer Liqasında çempion olub.
1900-cü ildə Böyük Britaniya Tonqa adasını ilhaq edib. 1919-cu ildə Mustafa Kamal Atatürk Samsunda enərək, Türkiyə İstiqlaliyyət müharibəsini başladıb. 2024-cü ildə İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanında helikopter qəzası baş verib. Qəza nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, Şərqi Azərbaycan ostanının general-qubernatoru Malik Rəhməti və helikopter heyəti də daxil olmaqla 8 nəfər ölüb.
19 mayda doğulanlar:
1964-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Fikrət Hacıyev, 1962-ci ildə Milli Qəhrəman, pilot İqor Kşnyakin, 1898-ci ildə Xalq artisti, opera müğənnisi Hüseynağa Hacıbababəyov, 1910-cu ildə Xalq şairi Rəsul Rza və 1945-ci ildə dövlət xadimi Cəmil bəy Vəzirov dünyaya gəlib.
Dünyada isə 1797-ci ildə İspaniya kraliçası Mariya İzabella Braqanza, 1925-ci ildə amerikalı insan hüquqları müdafiəçisi Malkolm X, 1949-cu ildə Əfqanıstan prezidenti Əşrəf Qəni, 1972-ci ildə türkiyəli müğənni və aktyor Özcan Dəniz, 1979-cu ildə italiyalı sabiq futbolçu və baş məşqçi Andrea Pirlo və 1992-ci ingilis müğənni Sem Smit doğulub.
19 mayda vəfat edənlər:
1939-cu ildə ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu, 1948-cu ildə dövlət xadimi İbrahim bəy Cahangirzadə, 2015-ci ildə sabiq futbolçu və baş məşqçi Əhməd Ələsgərov və 2022-ci ildə Xalq artisti teatr rejissoru Vaqif Əsədov vəfat edib.
Həmçinin, 1895-ci ildə kubalı şair Xose Marti, 1898-ci ildə Böyük Britaniya baş naziri Vilyam Qladston, 1928-ci ildə alman filosofu Maks Şeler, 1994-cü ildə ABŞ-nin birinci xanımı Jaklin Kennedi və 2008-ci ildə rus şairə Rimma Kazakova dünyasını dəyişib.
Pərviz