AZ

"Heç bir ölkə problemin öhdəsindən tək gələ bilməz" -

"Demoqrafik dəyişikliklərin ciddi təsirlərini görürük. İnsan mobilliyi artıq bütün yerli və regional hökumətlərin gündəmində əsas yerlərdən birini tutur. Hesab edirəm ki, xidmət təminatçıları olan yerli və regional hökumətlər həll yollarının önündə dayanmalıdır".Metbuat.az xəbər verir ki, bu fikirləri Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının (UCLG) Baş katibi Emilia Saiz “Dayanıqlı Gələcək üçün Çoxsəviyyəli İdarəetmənin Gücləndirilməsi: Yetərli Mənzil və Dayanıqlı İcmalar üçün Yerli Fəaliyyətin Gücləndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib: "Yerli və Regional Hökumətlər Birliyi (UCLG) olaraq inanırıq ki, bugünkü qlobal çağırışların öhdəsindən heç bir ölkə, şəhər və ya qurum təkbaşına gələ bilməz. Bu problemlərin həlli yalnız birgə əməkdaşlıq və çoxtərəfli yanaşma ilə mümkündür. Masa ətrafında toplaşan iştirakçıların da bu məsuliyyəti və zərurəti dərindən dərk etməsi xüsusilə sevindiricidir. Buna görə də bu platformanın yaratdığı imkanların əhəmiyyətini vurğulamaqdan məmnunluq duyuram",-deyə Emilia Saiz qeyd edib.Gülbəniz Hüseynli / Metbuat.az
Seçilən
10
metbuat.az

1Mənbələr