Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Ermənistanın Lori vilayətinin Spitak şəhərində hakim partiyanın seçki kampaniyası zamanı rəsmi şəxslər media mənsublarına qarşı zorakılıq nümayiş etdiriblər.
“AzPolitika” erməni mediasına istinadən xəbər verir ki, Spitak icma rəhbərinin (merinin) müavini Artak Matosyan yerli jurnalistlərin suallarına aqressiv reaksiya verərək təmkinini itirib.
Jurnalistin "İş vaxtı nədən hakim partiyanın təşviqat kampaniyasında iştirak edirsiniz?" sualına qəzəblənən mer müavini çəkiliş kamerasına zərbə endirib. O, hərəkətinə bəraət qazandıraraq qışqırmağa başlayıb: "İş başındayam, bəs kim gəlməlidir, respublikanın Baş naziridir də..."
Məlumata görə, Spitak meri Qacair Nikoqosyan da jurnalistlərə qarşı analoji kobudluq nümayiş etdirərək öz müavinindən geri qalmayıb.
Hadisə yerindən verilən xəbərlərdə qeyd olunur ki, Baş nazir Nikol Paşinyanı gözləyən kütlənin arasında yerli meriyanın və "Haypost" (Ermənistan Poçtu) idarəsinin çoxsaylı əməkdaşları yer alıb. Maraqlıdır ki, inzibati resursların cəlb edildiyi həmin poçt idarəsinin rəhbəri, mer Qacair Nikoqosyanın doğma oğludur.
İnsident Ermənistanda hakim "Mülki Müqavilə" partiyasının seçki prosesində inzibati resurslardan açıq şəkildə istifadə etdiyini və media azadlığına basqıları növbəti dəfə ifşa edib.
Rasim
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.