AZ

İnsayder Qvardiolanı onun əvəzləyəcəyini təsdiqlədi, detalları açıqladı

Tanınmış insayder Fabritsio Romano "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın bu yay postunu tərk etməyə hazırlaşdığını və onun yerinə yalnız bir namizəd olduğunu təsdiqləyib.

Fanat.Az xəbər verir ki, o, şəxsi "X" hesabında belə bir paylaşım edib:

"İtaliyalı mütəxəssis Entso Mareska uzun müddətdir ki, "şəhərlilər"in baş məşqçisi olmağa yeganə namizəddir. O, artıq klub rəhbərliyi ilə şifahi razılığa gəlib və yaxın vaxtlarda 3 illik rəsmi müqaviləyə imza atacaq".

Cari mövsümün gedişində "Çelsi" ilə vidalaşan Mareska daha öncə "Lester Siti", "Vest Hem Yunayted", "Sevilya" və başqa komandalara da rəhbərlik edib.

Nihat

Seçilən
10
1
fanat.az

2Mənbələr