AZ

Rusiyanın bu şəhərində “Son zəng” ləğv edildi

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Velikiy Novqorod şəhərində “Son zəng” məzun mərasimi təhlükəsizlik səbəbi ilə ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə şəhər rəhbərliyindən məlumat verilib.

“Ümumi bayram tədbiri olmayacaq. “Son zəng” birbaşa təhsil müəssisələrində keçiriləcək”, - məlumatda deyilib.

Qeyd edək ki, əvvəllər məktəb, gimnaziya və lisey məzunları üçün ümumşəhər şənlikləri may ayının sonlarında Velikiy Novqorodun mərkəzi meydanında keçirilirdi. Şənlik 2020-2022-ci illərdə KOVİD-19 pandemiyası, 2023-2025-ci illərdə isə təhlükəsizlik səbəbindən ləğv edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
axar.az

1Mənbələr