AZ

Pulkovo aeroportunda reyslər təxirə salınıb, ləğv ediləni də var

Yazını böyüt
Yazını kiçilt

Təyyarələrin gəlişi və uçuşuna müvəqqəti hava məhdudiyyətləri səbəbindən Rusiyanın Pulkovo aeroportunda on iki reys təxirə salınıb, daha üçü isə ləğv edilib.

Hafta.az xəbər verir ki, Sankt-Peterburqdakı Pulkovo aeroportunu idarə edən “Northern Capital Gateway” şirkətinin mətbuat xidmətinin saat 12:00-a olan məlumatına görə, 12 reys iki saatdan çox gecikib və üç uçuş ləğv edilib.

Pulkovo aeroportu, həmçinin doqquz reysin alternativ aerodromlara yönləndirildiyini açıqlayıb. Daşkənddən Sankt-Peterburqa uçan Özbəkistan Hava Yollarına məxsus təyyarə Moskvanın Vnukovo Hava Limanındakı alternativ aerodroma yönləndirilib.

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) PUA hücumları təhlükəsi səbəbindən təyyarələrin gəlişi və uçuşuna hava məhdudiyyətlərinin tətbiq olunduğunu elan edib./TASS/

Seçilən
11
3
hafta.az

4Mənbələr