"Barselona" və "Mançester Siti"nin sabiq futbolçusu Yaya Ture çempion komandaya baş məşqçi təyin edilə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı " Futbalové Zákulisie" yayıb.
Məlumata görə, Ture Slovakiyanın "Slovan" klubunun çalışdırıcısı postuna əsas namizədlərdən biridir. Rəhbərliyin digər variantı isə "Liverpul"un və Xorvatiya yığmasının keçmiş oyunçusu İqor Bişçanla əməkdaşlıqdır.
Ture daha öncə "Tottenhem"in akademiyasında, köməkçi məşqçi qismində Belçika "Standard"ında və Səudiyyə Ərəbistanı millisində işləyib.
"Slovan" mövsümü çempion titulu ilə başa vurub. Çexoslavakiya dönəmindəki nəticələri də nəzərə alsaq, sözügedən klub ölkə birinciliyinin 27 qat qalibidir.
Nihat