AZ

Almaniya Türkiyəyə “Patriot” və hərbi heyət göndərir

Almaniya Türkiyəyə “Patriot” Hava Hücumundan Müdafiə Sistemləri və 150 əsgər yerləşdirəcəyini açıqlayıb. Almaniyalı əsgərlər NATO-nun cənub-şərq cinahının qorunmasına töhfə verəcəklər.

“Cebheinfo.az” xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi iyun ayının sonundan etibarən Türkiyədə “Patriot” HHM və Raketdən müdafiəsi üzrə xüsusi qüvvələrin yerləşdiriləcəyinə dair açıqlama verib. 

Bundesfer NATO-nun cənub-şərq cinahında havadan müdafiəni dəstəkləyəcək. Bu qüvvələrin sentyabr ayına qədər Türkiyədə qalacağı qeyd edilir. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi qrupun 1 ədəd “Patriot” batareyası və Şvelsviq Holsten vilayətinin Husum şəhərində yerləşən 1-ci Hava Hücumundan Müdafiə Alayından 150 əsgərdən ibarət olması gözlənilir.

NATO  İranla müharibə səbəbindən Türkiyədə havadan müdafiəni gücləndirmişdi. İranın Türkiyəni hədəf alan raket hücumlarından sonra mart ayının ortalarında Malatyadakı Radar Bazası ətrafındakı əraziyə ABŞ-nin “Patriot” batareyasının yerləşdiriləcəyi açıqlanmışdı.

Almaniya Müdafiə Nazirliyi Türkiyəyə göndəriləcək xüsusi qrupun ABŞ hərbçilərini əvəz edəcəyini bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin NATO daxilində daha çox məsuliyyət daşıdığını qeyd edərək, şərq və şimal cinahlarındakı missiyalardan sonra Türkiyədəki cənub-şərq cinahının gücləndirilməsinə töhfə verəcəyini deyib. 

“Əsgərlərimizin türk və ABŞ tərəfdaşlarımızla çox sıx koordinasiyada işləməsi müttəfiqlərimizlə əməkdaşlığımızın nə qədər etibarlı şəkildə işlədiyini göstərir”,-deyə Pistorius əlavə edib.

Almaniyanın Türkiyədəki səfiri Sibil Katerina Sorq sosial media hesabında bununla bağlı türk dilində paylaşım edib. O, “Patriot” HHM və 150 əsgərlə Almaniya ordusu vacib NATO müttəfiqi olan Türkiyəni dəstəklədiyini və NATO-nun cənub-şərq cinahının hava və raket müdafiəsinə dəyərli töhfə verdiyini qeyd edib. 

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr