AZ

10 il ərzində həyatımızdan çıxacaq 12 QİDA

Alimlər və iqlim mütəxəssisləri xəbərdarlıq edirlər ki, qlobal istiləşmə, su qıtlığı və kənd təsərrüfatındakı problemlər səbəbindən bəzi qida məhsulları yaxın 10 il ərzində ya tamamilə yox ola, ya da çox bahalaşa bilər.

Musavat.com xəbər verir ki, araşdırmalarda xüsusilə kakao istehsalının ciddi risk altında olduğu bildirilir. Tropik bölgələrdə temperaturun yüksəlməsi və quraqlığın artması səbəbindən şokolad istehsalında istifadə olunan kakao ağaclarının məhsuldarlığı azalır. Ekspertlər gələcəkdə şokoladın lüks məhsula çevrilə biləcəyini deyirlər.

Siyahıda qəhvə də yer alıb. Xüsusilə Arabica növünün iqlim dəyişikliklərinə qarşı çox həssas olduğu qeyd edilir. Mütəxəssislər hesab edirlər ki, qəhvə yetişdirilən torpaqların böyük hissəsi yaxın illərdə yararsız hala düşə bilər.

Dəniz məhsullarının da təhlükə altında olduğu vurğulanır. Okeanların istiləşməsi və həddindən artıq balıq ovu nəticəsində somon və ton balığı kimi növlərin sayında ciddi azalma müşahidə olunur.

Məqalədə avokado, banan və portağalın da gələcəkdə daha az tapılan məhsullara çevrilə biləcəyi qeyd olunur. Bitki xəstəlikləri, torpaq eroziyası və dəyişən hava şəraiti bu meyvələrin istehsalına mənfi təsir göstərir. Xüsusilə banan plantasiyalarında yayılan göbələk xəstəliyinin böyük təhlükə yaratdığı bildirilir.

Risk altında olan digər məhsullar sırasında bal, ağcaqayın şərbəti, şərab və fıstıq da var. Arı populyasiyasının azalması bal istehsalına təsir edir, üzüm bağları isə temperatur dəyişiklikləri səbəbindən məhsuldarlıq problemi yaşayır.

Ekspertlər bildirirlər ki, əgər iqlim böhranı ilə bağlı ciddi tədbirlər görülməsə, gələcəkdə gündəlik istifadə etdiyimiz bir çox qida məhsulu həm daha bahalı, həm də daha əlçatmaz olacaq.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr