AZ

Rusiyadan BU ÖLKƏYƏ sensasion hədə - “Qərar mərkəzlərinizin ünvanını bilirik...”

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Ukraynanın Rusiyaya qarşı hücumları Baltik ölkələrinin ərazisindən həyata keçirməyə hazırlaşdığı barədə sərt bəyanat yayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, SVR xüsusilə Latviyanın adını çəkərək, Moskvanın “qərar mərkəzlərinin koordinatlarını bildiyini” açıqlayıb.

Rusiya kəşfiyyatının iddiasına görə, Kiyev yalnız Baltik ölkələrinin hava dəhlizlərindən istifadə etməklə kifayətlənmək istəmir. Bildirilir ki, pilotsuz aparatların birbaşa həmin ölkələrin ərazisindən buraxılması planlaşdırılır.

SVR-in bəyanatında, həmçinin, bildirilir ki, Latviyanın özü Moskvanın cavab zərbələrindən ehtiyat etsə də, Kiyev Riqanı əməliyyata razı sala bilib. Rusiya tərəfi daha sonra sensasion iddia irəli sürərək, Ukraynanın pilotsuz sistem qüvvələrinin hərbçilərinin artıq Latviyaya göndərildiyini bildirib. Məlumata görə, onlar Adaji, Seliya, Lielvarde, Dauqavpils, Yekabpilshərbi bazalarında yerləşdiriliblər.
Bəyanatın ən sərt hissəsi isə Latviyaya yönələn açıq təhdiddir: “Latviyadakı qərar qəbul edən mərkəzlərin koordinatları məlumdur və ölkənin NATO üzvlüyü onu ədalətli cavabdan qoruya bilməyəcək”.

Məqalədə qeyd olunur ki, Latviyada mayın 7-də iki Ukrayna pilotsuz aparatının ölkə ərazisinə düşməsindən sonra ciddi siyasi böhran yaranıb. PUA-lardan biri Rezeknedəki neft bazasının ərazisinə düşüb. Hadisədən sonra baş nazir Evika Siliņa hökuməti sərt tənqid edib. Ardınca müdafiə naziri Andris Spruds istefa verib. Daha sonra isə koalisiya dağılıb və Evika Silinya özü də istefa verməli olub.

Ukraynanın xarici işlər naziri Andey Sibiqa isə Baltik ölkələri və Finlandiya ilə bu cür hadisələrin qarşısını almaq üçün əməkdaşlığa hazır olduqlarını bəyan edib. O, hətta Ukrayna mütəxəssislərinin həmin ölkələrə göndərilməsini təklif edib.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr