AZ

NATO qırıcısı Ukrayna PUA-sını VURDU

 

NATO-nun Baltikyanı ölkələrin hava məkanının mühafizəsi missiyasına aid qırıcı təyyarəsi Estoniya üzərində pilotsuz uçuş aparatını (PUA) vurub.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur məlumat verib.

"NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrul missiyasında iştirak edən qırıcı bu pilotsuz uçuş aparatını zərərsizləşdirib... Hazırda biz hadisənin təfərrüatlarını dəqiqləşdiririk", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, pilotsuz təyyarə gün ərzində Estoniya hava məkanına daxil olub və Võrtsjärv gölü üzərində məhv edilib.

İlkin məlumatlara görə, pilotsuz təyyarə Rusiyadakı hədəflərə doğru gedirmiş.İlkin məlumatlara görə, pilotsuz təyyarə Rusiyadakı hədəflərə doğru gedirmiş.

Musavat.com

Seçilən
3
7
musavat.com

8Mənbələr