AZ

Eboladan ölənlərin sayı 130-a çatıb

Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Uqanda və Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu ilə bağlı rəsmi təsdiqini tapmış 32 yoluxma, eləcə də 500-dən artıq şübhəli fakt aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu rəqəmləri ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrə şəhərində baş tutan Ümumdünya Səhiyyə Assambleyasının 79-cu sessiyasındakı məruzəsində açıqlayıb.

Qebreyesusun sözlərinə görə, KDR-in şimal hissəsində yerləşən İturi əyalətində indiyədək 30 nəfərin virusa yoluxduğu dəqiqləşib:

"Uqanda tərəfi isə paytaxt Kampalada təsdiqlənmiş iki xəstələnmə faktı barədə ÜST-ni məlumatlandırıb. Həmçinin, Konqo Demokratik Respublikasından gəlmiş həmin iki şəxsdən birinin artıq öldüyü məlum olub".

Təşkilat rəhbəri vurğulayıb ki, rəsmiləşmiş hallarla yanaşı, 500-ü aşan şübhəli fakt və 130 ölüm hadisəsi mövcuddur. O, bölgədəki fəaliyyətlərin, xüsusilə də nəzarət tədbirlərinin artırılması, təmasda olanların axtarışı və laborator yoxlamaların miqyası böyüdükcə bu göstəricilərin yenilənəcəyini diqqətə çatdırıb.

Seçilən
16
hafta.az

1Mənbələr