AZ

Səadət Yusifova: Azərbaycan mədəni infrastrukturun təşkilinə xüsusi önəm verir

Azərbaycan mədəni infrastrukturun təşkilinə xüsusi önəm verir.

APA xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova Mədəniyyət Nazirliyi və UNESCO tərəfindən keçirilən “UNESCO-nun Yaradıcı Şəhərləri və Davamlı Şəhər İnkişafı” adlı tədbirdə çıxışında bildirib.

“Beynəlxalq əməkdaşlıq bizin prioritetimizdir. Azərbaycanda UNESCO-ya daxil edilmiş qədim məkanlar ölkənin mədəniyyətini göstərir. Heydər Əliyev Mərkəzi və “Ağ şəhər” layihəsi isə Azərbaycanın innovasiyaya və dayanıqlı inkişafa verdiyi əhəmiyyətin nümunəsidir. Mədəniyyətin inkişafı sahəsində, həmçinin rəqəmsallaşmanın tətbiqi sahəsində qanunvericilik çərçivəsində müxtəlif addımlar atılır. 2040-cı il strategiyalar çərçivəsində yeni tədbirlər müəyən edilib, yaradıcı sənayelərin təşkili ilə bağlı addımlar atılıb. 2022-2026-cı illəri əhatə edən sosial inkişaf proqramı inklüziv rəqabətin yaradılmasını hədəfləyir”,- nazir müavini bildirib.

Səadət
Seçilən
12
1
apa.az

2Mənbələr