AZ

Pakistan pavilyonu açıldı, Marriyam Nəvaz Şərif Azərbaycan pavilyonunu ziyarət etdi

Pakistan
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində 19 may tarixində beynəlxalq Urban Expo sərgisində Pakistan pavilyonunun rəsmi açılışı olub. 1news.az xəbər verir ki, məlumata görə, açılış mərasimində Məryəm Nəvaz Şərif iştirak edib. O, pavilyonun açılışını edib və Pakistanın şəhərsalma sahəsində təqdim etdiyi layihələrlə tanış olub.
Tədbirdən sonra Pəncab əyalətinin baş naziri həmçinin sərgidə nümayiş etdirilən Azərbaycan pavilyonunu da ziyarət edib və burada təqdim olunan şəhərsalma və inkişaf konsepsiyaları ilə tanış olub.

Qeyd edək ki, Urban Expo sərgisinin rəsmi açılışı 18 may tarixində WUF13 proqramı çərçivəsində Bakıda baş tutub və tədbir şəhərsalma sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunur.

Seçilən
17
1news.az

1Mənbələr