

Müəllif
Raxshanda
Mənzil qiymətlərində tənzimləyici çərçivəyə ehtiyac var.Ulusum.az xəbər verir ki, bunu Gürcüstanın Məkan və Şəhərsalma İnkişafı Agentliyinin rəhbərinin I müavini Tinatin Kolbaia Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" adlı tədbirdə bildirib.Onun sözlərinə görə, bu il BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) köməyi ilə şəhərsalma siyasətinin müəyyən konturları formalaşıb: "Şəhərsalma, mənzil siyasəti müxtəlif qanunvericiliklərlə, bələdiyyə səviyyəsində və ya milli səviyyədə hökumət proqramları ilə necə dəstəklənirdi? Bizim, əlbəttə ki, konsodiumlara (müştərək mənzil sahibliklərinə) töhfə, şəhər bərpası üçün müəyyən proqramlarımız var, lakin bunun real təhlilə ehtiyacı var, çünki tikinti sahəsi, xüsusən Tbilisidə iqtisadiyyatda yüksək faizə malikdir və inkişaf edir, hazırda paylanılmış çoxlu evlər var. Beləliklə, tənzimləyici çərçivə mütləq qurulmalıdır"."Hazırda bizim qiymət nəzarətimiz yoxdur. Bizim region geosiyasi cəhətdən həqiqətən çox həssasdır və Ukraynadakı müharibə mənzil qiymətlərinə böyük dərəcədə təsir etdi. Bəzən hiss edirik ki, bəzi siniflər, işəgötürənlər və ya tələbələr üçün kirayə haqları həqiqətən çox yüksək ola bilər. İrəliyə doğru yol nədir? Biz inanırıq ki, mənzil siyasətində xüsusi institutun olmamasına baxmayaraq, hiss edirik ki, bu, planlaşdırmanın bir hissəsidir, şübhəsiz ki, bu, məkan planlaşdırmasının bir hissəsidir. Beləliklə, biz beynəlxalq donorların köməyi ilə milli məkan planı konsepsiyasını hazırlamağa çalışırıq. Beləliklə, əsas konturları, əsas istiqamətləri, tapıntıları, tədqiqatları, məlumatları – bütün bunları təhlil edəcəyik və milli şəhər-mənzil siyasəti üçün əsas istiqamətləri milli məkan planı konsepsiyasına daxil edəcəyik".
Diqqət Çəkənlər
Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib
WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - VİDEO
Tbilisiyə qatar biletinin qiyməti açıqlanacaq