AZ

Cərrahları əvəz edən unikal metod: Bu canlılar infeksiyalı yaraları hüceyrə səviyyəsində təmizləyir

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Müasir tibb elmində bəzən qorxulu və qeyri-adi görünən təbii üsullar ağır fəsadların qarşısını almaqda ən təsirli vasitəyə çevrilir. ABŞ-ın aparıcı xəstəxanalarında həyata keçirilən son müalicə üsulları göstərir ki, xüsusi yetişdirilmiş milçək sürfələri (gurdcuqlar) yaraların təmizlənməsində mikroskopik dəqiqlik nümayiş etdirir. "Sürfə terapiyası" (maggot therapy) adlanan bu metod, hətta ən təcrübəli cərrahların neştərlə edə bilmədiyi hüceyrə səviyyəsində təmizliyi uğurla yerinə yetirir.Demokrat.az-ın ABŞ mediasına istinadən verdiyi məlumata görə, Qida və Dərman Administrasiyası (FDA) tərəfindən icazə verilən bu steril canlılar artıq rəsmən tibbi cihaz kateqoriyasına daxil edilib.Nə dişləri var, nə də dişləyirlər: Proses tamamilə ağrısızdırİnfeksiyanın qarşısını almaq üçün yaradakı ölü toxumaların kənarlaşdırılması şərtdir. Biomüdafiə şirkətinin elmi direktoru Dr. Ronald Şerman bu metodun tamamilə ağrısız olduğunu bildirir:“Bu canlıların dişləri yoxdur və onlar əti dişləmirik. Sürfələr sadəcə xüsusi həzm fermentləri ifraz edərək ölü və infeksiyalı toxumaları əridirlər. Beləliklə, yalnız zədəli hissə əriyib yox olur, sağlam toxumaya isə heç bir zərər dəymir”.Cərrahi əməliyyat zamanı həkimin görmə qabiliyyəti makroskopik səviyyə ilə məhdudlaşdığı üçün düz xətt üzrə kəsim edən neştər bəzən sağlam toxumaları da zədələyə bilir. Sürfələr üçün isə bu, problem deyil.Narkoz riski olan ağır xəstələr üçün yeganə ümid yeriMütəxəssislər vurğulayırlar ki, bu müalicə növü anesteziya (narkoz) qəbul edə bilməyən, yəni cərrahi əməliyyat üçün riskli hesab olunan xəstələr üçün əvəzolunmazdır. Boston Tibb Mərkəzinin rəsmisi Lisa Bakster bildirir ki, ürək transplantasiyası gözləyən və yaraları sağalmalı olan xəstələrdə bu sadə üsul sağalma prosesini olduqca sürətləndirir.Pandemiya dövründə ABŞ-də ayağında qanqrena olan, şəkərli diabet və ürək çatışmazlığından əziyyət çəkən bir çox xəstə əməliyyatların təxirə salınması səbəbindən ev şəraitində məhz bu sürfələr vasitəsilə amputasiyadan (ayağının kəsilməsindən) xilas edilib. Sürfələr qazlı bezlərin içində və ya xüsusi kiçik paketlərdə yaraya yerləşdirilir və kənara çıxa bilmirlər.İyrənmə faktoru və tibbi sığorta maneəsiBu metodun çox effektiv və kimyəvi məlhəmlərdən daha ucuz olmasına baxmayaraq, geniş yayılmamasının iki əsas səbəbi var:Sığorta sistemi: Tibbi sığorta şirkətləri bəzən həftələrlə vaxt aparan bahalı məlhəmləri qarşıladığı halda, qısa müddətdə nəticə verən sürfə müalicəsini tam təmin etmir.Psixoloji baryer: Həm xəstələr, həm də bəzi həkimlər bu canlılara qarşı ciddi şəkildə "iyrənmə" və qorxu hissi keçirirlər.Buna baxmayaraq, digər bütün müalicə üsulları uğursuz olan və bir neçə həftəlik ömrü qaldığı deyilən xəstələr belə bu canlılar sayəsində tam sağalaraq xəstəxanadan evə buraxılırlar.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
demokrat.az

1Mənbələr