AZ

Metronun şəhərin inkişafında rolu bu baxımdan əvəzsizdir Rəy

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Metro əhalini yerin altına çəkməklə şəhər üçün vacib olan mobilliyi artıraraq bu mobilliyin nəticəsinin yerin üzərində  iqtisadi səmərə, fəallıq və dövriyyənin artmasına nail olmağa xidmət edir. Yəni, bir şəhərin inkişaf səviyyəsi həmin şəhərdə əhalinin hərəkətliliyi, iqtisadi aktivliyi və nəticədə dövriyyənin artmasından çox asılıdır. Bu dövriyyəni isə şəhərin üstündə mobillik hesabına təmin etmək çətindir, çünki sıxlıq və tıxaclar imkan verməz. Metronun şəhərin inkişafında rolu bu baxımdan da əvəzsizdir”.

İqtisadçı ekspert Elman Sadıqov bu fikirləri 525.az deyib. Ekspert vurulayıb ki, Hər bir şəhərin metro stansiyalarının xəritələrində və statistikada görürük ki, metro stansiyaları xətlər üzərində necə yerləşib və xətlərin kəsişmələri bir deyil, bir neçə stansiyalar üzrədir. Bakı şəhərinin metro xəritəsinə baxdıqda isə görürük ki, reallıqda Bakı metrosunda bir əsas xətt var, Həzi Aslanov-Dərnəgül xətti. Reallıqda İçərişəhər-Həzi Aslanov xətti elə Həzi Aslanov-Dərnəgül xətti ilə eynidir, sadəcə 28 May - İçərişəhər qolu ayrılır. Böyük çayın bir kiçik qolu kimi. Digər bir qol isə bir stansiyadan ibarət Cəfər Cabbarlı stansiyasıdır. O da 28 May stansiyası ilə bağlıdır. Vəssalam. Yaşıl və qırmızı xətlərə fikir versək görürük ki, əslində Həzi Aslanov - 28 may metro stansiyaları arasında yerləşən stansiyalar (sərnişinlərin də çox olduğu stansiyalardır) əslində eyni bir xətt üzərində yerləşib. Sadəcə 28 May metro stansiyasından sonra 2 qol ayrılır. Digər 4 şəhərin metro xəritələri ilə müqayisədə primitiv (yəni, bu günün deyil, 1950-1970-ci illərin tələblərinə uyğun bir ana xəttə malik olub  2 kiçik  metro stansiyaları şəbəkəsidir. Digər bir məsələ xətlər arası keçiddir. Digər ölkələrdə xətlərarası keçidlərlə müqayisədə Bakı metrosunda belə keçidlər demək olar ki, yox dərəcəsindədir. Yüklənmiş 28 May metrostansiyası:

"Dediyim kimi, 28 may metrosunda sadəcə olaraq İçərişəhər qolu ayrılır və Cəfər Cabbarlı stansiyasına keçid var. Narıncı xətt olan 8 Noyabr-Xocasən xətti ayrıca mövzudur. Bakı şəhəri metrosunun xəritəsi ilə digər şəhərlərin metro xəritələrinin müqayisə və təhlillərinin nəticəsində görürük ki, əslində Bakı metrosunda heç 3 xətt də yoxdur, bir ana xətt (Həzi Aslanov - Dərnəgül), 2 kiçik (28 may - İçərişəhər və 28 May - Cəfər Cabbarlı stansiyasına keçid) qol və 1 kiçik ayrıca xətt (narıncı) vardır. Yəni 2 qola malik bir çox böyük xətt və bir kiçik narıncı xətt".

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
525.az

1Mənbələr