AZ

“Neftçi”nin 6 futbolçusu “Araz Naxçıvan”la oyunu buraxacaq

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” görüşə itkilərlə çıxacaq. Komandanın heyətində bir müddət əvvəl zədələnən Filip Ozobiç, Andre Şinyaşiki, Azər Salahlı və Mustafa Sek ilə yanaşı, son məşqlərdə ağrılar hiss edən Alfa Konte və Rəhman Hacıyev zədə səbəbindən sabah meydana çıxa bilməyəcəklər.

Yarımmüdafiəçi Rafael Quzzonun iştirakı isə sual altındadır.

Noyabrın 1-də keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyununa saat 20:30-da start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
futbolpress.az

1Mənbələr