Məlum olduğu kimi, Türkiyənin Qaradəniz bölgəsində yerləşən Trabzon şəhəri ilə Azərbaycanın qədim şəhərlərindən olan Şuşa qardaşlaşacaq.
Musavat.com-un əməkdaşı xəbər verir ki, “qardaşlaşmış şəhər” statusuna dair protokol WUF13 çərçivəsində mayın 19-da imzalanıb.
Protokolu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Nigar Həsənli
Musavat.com