AZ

İndoneziyada korrupsiya ittiham olunan məmur: “Bilsəydim, daha çox pul mənimsəyərdim”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İndoneziyanın keçmiş əmək resursları nazirinin müavini İmmanuel Ebenezer Gerunqan korrupsiya işi üzrə məhkəmə prosesində verdiyi açıqlamalarla gündəmə gəlib. O, barəsində tələb olunan həbs cəzasını tənqid edərək istehzalı şəkildə bildirib ki, əgər prokurorluğun onun üçün beş il həbs istəyəcəyini əvvəlcədən bilsəydi, daha çox dövlət vəsaiti mənimsəyərdi.

Bizimyol.info xəbər verir ki, Cakartanın Mərkəzi Dairə Məhkəməsində keçirilən dinləmədən sonra danışan sabiq məmur bildirib ki, eyni iş üzrə digər təqsirləndirilən şəxslərlə müqayisədə ona qarşı irəli sürülən cəza tələbi ədalətsiz görünür. Onun sözlərinə görə, 75 milyard İndoneziya rupisi, yəni təxminən 4,2 milyon dollar mənimsəməkdə ittiham olunan başqa bir şəxs üçün altı il həbs cəzası tələb olunduğu halda, özü barədə 3 milyard rupi (təxminən 170 min dollar) məbləğində korrupsiya ittihamına görə beş il həbs istənilir.

Gerunqan məhkəmədə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə çıxış edir. İş əmək resursları nazirliyi tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik sertifikatlarının verilməsi zamanı yol verilmiş qanunsuzluqlarla bağlıdır. Prokurorluq həbs cəzası ilə yanaşı, ondan 1,4 milyard rupi həcmində kompensasiya ödənilməsini də tələb edir. Bildirilir ki, sabiq nazir müavini daha əvvəl dövlətə məxsus 3 milyard rupini könüllü şəkildə geri qaytarıb.

Keçmiş məmur eyni qurumda çalışan digər yüksəkvəzifəli şəxsin işi ilə bağlı da narazılığını ifadə edib. O qeyd edib ki, təxminən 4 milyard rupi mənimsəməkdə ittiham olunan başqa bir məmur üçün yeddi il həbs istənilməsi hüquqi baxımdan anlaşılmaz görünür.

Bununla yanaşı, Gerunqan məhkəmə prosesinə hörmətlə yanaşdığını və növbəti dinləmədə öz müdafiəsi ilə bağlı şəxsi bəyanat təqdim edəcəyini bildirib.

Yerli media qeyd edir ki, İndoneziya qanunvericiliyinə əsasən, yüksək vəzifə tutan və geniş səlahiyyətlərə malik şəxslər korrupsiya cinayətlərinə görə daha sərt cəzalarla üzləşə bilirlər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
icma.az

1Mənbələr