"Əl-Hilal"ın italiyalı baş məşqçisi Simone İnzaqi mövsümün son liqa matçının ardından Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılacaq.
Fanat.Az xəbər verir ki, iddia "Tuttomercato"-ya məxsusdur.
Mənbənin məlumatına görə, 50 yaşlı mütəxəssis yayda bahalı transferlərin özünü doğrultmamasına görə tənqidlərdən bezib. Üstəlik, klubun sahibinin dəyişməsi onun belə addım atmasına şərait yaradıb.
Qeyd edək ki, İnzaqi 2025-ci ilin iyun ayından "Əl-Hilal"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 51 oyundan 37-də qalib gəlib, 12 heç-heçə edib və 2 oyunda məğlub olub.
"Əl-Hilal" hazırda Səudiyyə Ərəbistanı Premyer Liqasında 81 xalla ikinci yerdədir. Lider "Əl-Nəsr" 33 oyundan sonra 83 xala malikdir.
Mirağa