AZ

Bakıda “KamAZ”la toqquşan avtomobil aşdı ANBAAN VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın 3-cü mikrorayon dairəsində baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 14-də saat 22:15 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, dairə boyu hərəkətdə olan 99-PK-269 dövlət qeydiyyat nişanlı “Ravon Nexia” markalı avtomobil sağ tərəfdən gələn “KamAZ” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili aşıb.

Hadisə nəticəsində avtomobilə ciddi maddi ziyan dəyib, nəqliyyat vasitəsində olan sərnişin isə yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, dairəvi hərəkət təşkil olunmuş yolayrıcında üstünlük dairədə hərəkət edən nəqliyyat vasitələrinə verilir. Bu səbəbdən dairəyə daxil olan sürücü yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə uyğun şəkildə hərəkət etməli, dairədə olan avtomobillərə yol verməlidir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
avtosfer.az

1Mənbələr