AZ

Bakı Tbilisi sərnişin qatarlarının biletləri pandemiyadan əvvəl 37 manat idi

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, 6 illik fasilədən sonra Bakı–Tbilisi sərnişin qatarı mayın 26-dan etibarən yenidən fəaliyyətə başlayır.Demokrat.az ABC.AZ-a istinadən xəbər verir ki, artıq qatar reyslərinin gündəlik əsasda həyata keçirilməsi ilə bağlı yekun qərar verilib və 26 maydan etibarən ilk səfərlərin başlanacağı gözlənilir.Yeni qərara əsasən, qatar reysləri hər gün həyata keçiriləcək. Yəni Bakıdan Tbilisiyə və əks istiqamətdə gündəlik qatarlar hərəkət edəcək.Hazırda insanları ən çox maraqlandıran məsələ isə biletlərin qiyməti ilə bağlıdır. Xatırladaq ki, pandemiyadan öncə, yəni sərhədlər bağlanmazdan əvvəl Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı qiymətləri fərqli idi. Belə ki, həmin vaxtlar Bakıdan Tbilisiyə qatarla gediş haqqı 37 manat olduğu halda, əksi istiqamətdə biletlər 42 manat idi. Bu isə Gürcüstan larisi ilə manatın kursunun fərqli olmasından irəli gəlirdi. Mayın 26-da açılacaq dəmir yolu xəttində gediş-gəliş haqqı ilə bağlı Azərbaycan Dəmir Yollarının mətbuat xidmətindən qısaca bunları deyiblər: "Yaxın saatlarda xüsusi press-reliz yayımlanacaq və bilet qiymətləri, hərəkət cədvəli, vaqon tipləri, eləcə də digər texniki detallar ictimaiyyətə açıqlanacaq".Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
demokrat.az

1Mənbələr