AZ

“Liqa 1” mövsümünün ən yaxşı oyunçuları açıqlandı


“Liqa 1”in 2025/2026 mövsümünün ən yaxşı oyunçuları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, siyahını nüfuzlu “Whoscored” statistika portalı tərtib edib.
Siyahıya turnirdəki çıxışlarına görə ən yüksək orta reytinq balı alan futbolçular daxil olub.
“Liqa 1” mövsümünün ən yaxşı oyunçularını təqdim edirik:
Qapıçı: Erve Koffi (“Anje”) - 7.14.
Müdafiəçilər: Qela Due (“Strasburq”) - 7.18; Çarli Kressuel (“Tuluza”) - 7.09; Malanq Sarr (“Lans”) - 7.05; Nuno Mendes (PSJ) - 7.21.
Yarımmüdafiəçilər: Meyson Qrinvud (“Marsel”) - 7.31; Mamadu Sanqare (“Lans”) - 7.17; Florian Toven (“Lans”) - 7.15; Bredli Barkola (PSJ) - 7.08.
Hücumçular: Xoakin Paniçelli (“Strasburq”) - 7,10, Usman Dembele (PSJ) - 7,23.
Qeyd edək ki, “Pari Sen Jermen” (PSJ) 2025/2026 mövsümü üçün Fransa çempionu olub. Luis Enrikenin komandası 34 oyundan 76 xal toplayıb. “Lans” 70 xalla ikinci yerdə qərarlaşıb. “Lill” (61) isə ilk üçlüyə daxil olub.
Seçilən
18
yeniavaz.com

1Mənbələr