Dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir.
Ölkə.az xəbər verir ki, bunu BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamentinin şöbə müdiri, amerikalı demoqraf və əhali məsələləri üzrə mütəxəssis Cheryl Sawyer Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Gələcək şəhərləşmə: şəhəriniz yaxın onilliklərdə necə dəyişəcək?" adlı sessiyada deyib.
Onun sözlərinə görə, ölkələr və şəhərlər üzrə əhali sıxlığı özünü fərqli təzahürlərdə göstərir.
"Məsələn, Yaponiyada 50 000-dən çox sakini olan şəhərlər olduğu halda, Norveçdə 200 sakini olan yaşayış məntqələri də mövcuddur".
Mütəxəssis dünya üzrə kənd əhalisinin sayının 2040-cı ildən sonra azalmağa başlayacağını bildirib.
"Dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir. Əlbəttə, dünyanın ayrı-ayrı yerlərində urbanizasiya özünü fərqli şəkildə göstərir, amma istənilən halda, biz şəhərləşmənin ümumən sürətləndiyini deyə bilirik".
O həmçinin 2025-ci ilə qədər ən çox əhalisi olan şəhərin Tokio olduğu halda, indi Cakarta olduğunu da vurğulayıb.